О создании академии Министерства национальной безопасности Азербайджанской Республики


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1998-ci il, № 12, maddə 781) «Azərbaycan» qəzetində dərc edilmişdir (02 dekabr 1998-ci il, № 279).

Release date: 01.12.1998

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında

Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli zabit kadrlarla təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılsın.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bir ay müddətində akademiyanın nizamnaməsini və strukturunu hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 1 dekabr 1998-ci il.

№ 37.

«Azərbaycan» qəzetində dərc edilmişdir (02 dekabr 1998-ci il, № 279) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1998-ci il, № 12, maddə 781) («LegalActs» LLC).

© LegalActs LLC