«Azərbaycan Respublikasının bank sistemində hesablama metodu ilə uçot Qaydaları»na əlavə haqqında
Release date: 12.09.2007
«Dövlət qeydiyyatına alınmışdır» |
Azərbaycan Respublikası Milli
Bankı İdarə Heyətinin |
«Azərbaycan Respublikasının bank sistemində hesablama metodu ilə uçot Qaydaları»na əlavə haqqında
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 14 fevral 2001-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il 19 fevral tarixli 2666 №-li şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikasının bank sistemində hesablama metodu ilə uçot Qaydaları»na aşağıdakı əlavə edilsin:
3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
«Müvafiq dövrə aid olan gəlir və xərc hesablarının qalıqları ayda bir dəfədən az olmayaraq «cari maliyyə ilinin mənfəəti/zərəri» hesabına aid edilir.»
Bu əlavə Dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 3, səh. 70) («LegalActs» LLC).
© LegalActs LLC