О создании Министерства транспорта Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (06 avqust 1998-ci il, № 178) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 avqust 1998-ci il, № 8, maddə 493)

Release date: 05.08.1998

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin yaradılması haqqında

Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkənin nəqliyyat sisteminin inkişafı sahəsində vahid dövlət siyasətinin aparılmasını təmin etmək, iqtisadiyyatın idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi yaradılsın.

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ölkədə avtomobil, dəmir yolu, hava və su nəqliyyatının inkişafı, daxili və beynəlxalq yük daşımalarının tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrasını təmin edən tədbirlər həyata keçirsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 5 avqust 1998-ci il

№ 743

«Azərbaycan» qəzetində dərc edilmişdir (06 avqust 1998-ci il, № 178) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 avqust 1998-ci il, № 8, maddə 493) («LegalActs» LLC).

© LegalActs LLC