«Təbii və texnogen xarakterli fəlakətlər baş verərkən fövqəladə yardım göstərilməsi və fövqəladə vəziyyətlərin ləğv edilməsi zamanı əməkdaşlıq haqqında» Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) iştirakçısı olan dövlətlərin Hökumətləri arasında Sazişə Əlavə Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2005-ci il, № 12, maddə 1130)
Release date: 09.12.2005«Təbii və texnogen xarakterli fəlakətlər baş verərkən, fövqəladə yardım göstərilməsi və fövqəladə vəziyyətlərin ləğv edilməsi zamanı əməkdaşlıq haqqında» Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) iştirakçısı olan dövlətlərin Hökumətləri arasında Sazişə Əlavə Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. «Təbii və texnogen xarakterli fəlakətlər baş verərkən, fövqəladə yardım göstərilməsi fövqəladə vəziyyətlərin ləğv edilməsi zamanı əməkdaşlıq haqqında» Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) iştirakçısı olan dövlətlərin Hökumətləri arasında Sazişə Əlavə Protokolu Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Ukrayna və Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Tələt Müseyib oğlu Əliyevə verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Əlavə Protokolu Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Ukraynada və Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Tələt Müseyib oğlu Əliyevə verilməsi barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 9 dekabr 2005-ci il
№ 1137
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2005-ci il, № 12, maddə 1130) («LegalActs» LLC).
© LegalActs LLC