О введении в действие законов Азербайджанской Республики «О выезде из страны, въезде в страну и паспортах» и «Об удостоверении личности гражданина Азербайджанской Республики»


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (30 sentyabr 1994-cü il, № 18 (919), maddə 245)

Release date: 14.11.1997

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi barədə

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi barədə

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının qanunları 1995-ci il yanvarın 1-dən qüvvəyə minsin və həmin gündən pasport sistemi haqqında keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik və normativ aktları qüvvəsini itirmiş hesab edilsin.

2. Bu Qərarın 1-ci bəndini nəzərə alaraq Azərbaycan Respublikası vətəndaşlarına əvvəllər verilmiş daxili və xarici SSRİ pasportları Azərbaycan Respublikasının ərazisində aşağıda göstərilən müddətlər ərzində etibarlı hesab edilsin:

    • Azərbaycan Respublikası vətəndaşlarında olan daxili pasportlar Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi onlara verilən günə qədər;
    • Azərbaycan Respublikası vətəndaşlarında olan xidməti və diplomatik pasportlar 1998-ci il iyunun 30-na qədər;
    • Azərbaycan Respublikası vətəndaşlarında olan ümumvətəndaş pasportları həmin sənədlərdə göstərilmiş etibarlılıq müddətinə qədər

3. Bu qanunların qüvvəyə minməsi ilə əlaqədar keçirilən tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilsin.

4. Azərbaycan Respublikasının on altı yaşına çatmamış vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi orqanlarına həvalə edilsin.

5. Azərbaycan Rsspublikası Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti» daimi komissiyası və Azərbaycan Respublikası Ali Sovetinin Katibliyi Azərbaycan Rsspublikasının Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə həmin qanunların həyata keçirilməsinə dair Əsasnamənin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihələrinin iki ay müddətində hazırlanmasını və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikası Ali Sovetinin Katibliyinə və İşlər İdarəsinə tapşırılsın ki, həmin qanunların tələblərinə uyğun olaraq, yeni pasportların blanklarının hazırlanması və vətəndaşın şəxsiyyət vəsiqələrinin istehsalı üçün avadanlığın alınması məsələləri üzrə təkliflər hazırlayıb, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni pasportların və vətəndaşın şəxsiyyət vəsiqəsinin müvafiq dövlət orqanları tərəfindən əhaliyə verilməsini, bu sənədlərin beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi üçün zəruri avadanlıq və kompüter texnikası da daxil olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin müvafiq xidmətlərinin müasir texnika ilə təchiz edilməsini, vahid məlumatlar bazasının, kompüter rabitəsi sisteminin yaradılmasını təmin etsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV

Bakı şəhəri, 14 iyun 1994-cü il

№ 818

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (30 sentyabr 1994-cü il, № 18 (919), maddə 245) («LegalActs»).

22 noyabr 1996-cı il tarixli, 201-IQD nömrəli; 10 iyun 1997-ci il tarixli, 325-IQD nömrəli; 14 noyabr 1997-ci il tarixli, 402-IQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs»).


© LegalActs