О правилах использования, защиты и охраны деревьев и кустарников, не входящих в лесной фонд Азербайджанской Республики
Release date: 30.08.2016
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Qərar № 173
Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında
Bakı şəhəri, 19 sentyabr 2005-ci il
Meşə fonduna daxil olmayan ağackol bitkilərinin qorunmasını gücləndirmək, yaşıllıq sahələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının meşə
fonduna daxil olmayan ağac-kol bitkilərinin
istifadəsi, mühafizəsi və qorunması Qaydaları»
təsdiq edilsin (əlavə olunur).
2. «Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli, 636 nömrəli qərarının 7 saylı əlavəsinin cədvəlinə sıra üzrə:
1 m2 yaşıllıqlar üçün (qazon, çiçək ləki və s.) 0,2 0,2 |
sözləri və Qeyd hissəsinə aşağıdakı məzmunda IV bənd əlavə edilsin:
«IV. Bakı, Gəncə və Sumqayıt şəhərlərində ağac və kol cinslərinin qanunsuz kəsilməsi, kökündən çıxarılması və ya boy artımının dayandırılması dərəcəsinə qədər zədələnməsi nəticəsində dəymiş ziyanın miqdarı yuxarıdakı nırx üç dəfə artırılmaqla hesablanır.».
3. «Dövlət meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin qorunması haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 15 dekabr tarixli, 493 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2005-ci il, № 9, maddə 864) («LegalActs» LLC).
30 avqust 2016-cı il tarixli, 321 nömrəli Qərara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli,
Azərbaycan Respublikasının meşə
fonduna daxil olmayan ağac-kol bitkilərinin
istifadəsi, mühafizəsi və qorunması
Qaydaları
1. Bu Qaydalar
meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin
istifadəsi, mühafizəsi və qorunmasını
tənzimləyir.
2. Aşağıdakı ağac və kol bitkiləri meşə
fonduna daxil deyildir:
kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri;dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar;şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar;həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.
3. Meşə fonduna daxil olmayan ağac-kol
bitkilərinin mühafizəsinin məqsədi onları
qanunsuz qırmalardan və köçürmələrdən,
yaşıllıqlara zərər vura bilən digər
hərəkətlərdən qorumaqdır.
4. Bu Qaydalar meşə fonduna, fiziki və
hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil
olmayan torpaq sahələrində bitən ağac-kol
bitkilərinə şamil edilir və onun tələblərinin
yerinə yetirilməsi həmin torpaqların
istifadəçiləri və icarəçiləri üçün məcburidir.
5. Meşə fonduna, fiziki və hüquqi
şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan
torpaq sahələrində bitən ağac-kol bitkilərinin
qorunub mühafizə olunması həmin torpaqların
istifadəçiləri və icarəçiləri tərəfindən həyata
keçirilir və aşağıdakı tədbirlərin yerinə
yetirilməsini nəzərdə tutur:
ağac-kol bitkilərinin vəziyyətinə, səmərəli istifadəsinə, mühafizəsinə və qorunmasına nəzarətin təşkili;torpaqların münbitliyinin artırılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi;hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;qanunsuz qırılmış ağac-kol bitkilərinin və yaşıllıqların bərpa edilməsi;yaşıllıqların suqoruyucu, sanitar-gigiyena, mühit əmələ gətirən və digər qoruyucu funksiyalarının artırılması və s.
6. Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
aidiyyəti orqanlarla birlikdə mövcud
qanunvericiliyə riayət edilməsini, meşə fonduna
daxil olmayan ağac-kol bitkilərinin səmərəli
istifadəsini, onların qanunsuz qırılmasının
qarşısının alınmasını təmin etmək məqsədi ilə
müəyyən olunmuş qaydada dövlət nəzarətini
həyata keçirir.
7. Aşağıdakı müstəsna hallarda meşə
fonduna, fiziki və hüquqi şəxslərin xüsusi
mülkiyyətinə daxil olmayan torpaq sahələrində
bitən ağac-kol bitkilərinin həmin torpaqların
istifadəçiləri və icarəçiləri tərəfindən
qırılması və ya köçürülməsi Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin razılığı və müəyyən şərtləri ilə
aidiyyəti yerli icra hakimiyyəti (şəhər
rayonları istisna olmaqla) və özünüidarəetmə
(bələdiyyə) orqanlarının qərarları və
sərəncamları əsasında yol verilir:
köküstə quruduqda;yüksək gərginlikli elektrik xətlərinə toxunduqda;təbii fəlakət nəticəsində, həmçinin xəstəlik və ziyanvericilərlə ciddi zədələndikdə;axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılar ilə zədələndikdə və ya məhv edildikdə;ağacların yerə düşmək təhlükəsi yarandıqda;qanunvericiliklə nəzərdə tutulan digər hallarda.
8. Dəmir yoluna aid torpaqlarda
yerləşən ağac-kol bitkilərində qulluq
sanitariya, yenidənəkmə məqsədi ilə xüsusi
təyinatlı və başqa qırmaların aparılması,
avtomobil yollarına aid torpaqlarda və su fondu
torpaqlarında meşəsalma, habelə ağac-kol
bitkilərinin istifadəsi, mühafizəsi və
qorunması qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
9. Şəhər və digər yaşayış
məntəqələrindəki ağac və kol bitkilərində
qulluq, sanitariya və yenidənəkmə məqsədi ilə
xüsusi təyinatlı və başqa qırmalar Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə razılaşdırılmaqla, yerli icra
hakimiyyəti (şəhər rayonları istisna olmaqla) və
özünüidarəetmə (bələdiyyə) orqanları tərəfindən
aparılır.
10. Təbiət abidəsi elan edilən ağac-kol
bitkilərinin və Azərbaycan Respublikasının
«Qırmızı Kitabı»na daxil edilmiş nadir və nəsli
kəsilməkdə olan ağac-kol bitkilərinin qorunub
mühafizə olunması mövcud qanunvericilikdə
müəyyən edilmiş qaydada aparılır.
11. Bu Qaydaların pozulmasına görə
fiziki və hüquqi şəxslər qanunvericilikdə
müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar
və meşə fonduna, fiziki və hüquqi şəxslərin
xüsusi mülkiyyətinə daxil olmayan torpaq
sahələrində bitən ağac-kol bitkilərinin
qanunsuz kəsilməsi, boy artımının
dayandırılması dərəcəsinə qədər zədələnməsi və
yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə
dəymiş ziyanın miqdarı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 27 dekabr tarixli, 636
nömrəli qərarı ilə təsdiq edilmiş nırx dəyərləri
ilə hesablanır.
© LegalActs LLC