О минимальном размере всех видов пенсий


Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı №24 (853) 31 dekabr 1991-ci il № 475

Release date: 06.03.2007

Pensiyaların bütün növlərinin minimum məbləği haqqında

Pensiyaların bütün növlərinin minimum məbləği haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:

1. Qüvvədə olan pensiya qanunvericiliyi 1992-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının yeni pensiya qanunvericiliyi qəbul edilənədək tam həcmdə tətbiq edilir.

2. Qüvvədə olan qanunvericilik üzrə hesablanmış pensiyaların bütün növlərinin məbləği 317 manatdan ibarət olan minimum pensiya məbləği əsas götürülməklə müəyyən edilsin, həm də pensiyalara əvvəllər müəyyən edilmiş bütün kompensasiyalar ləğv olunsun.

3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

A.MÜTƏLLİBOV

Bakı şəhəri, 31 dekabr 1991-ci il

№ 41

«Həyat» qəzetində dərc edilmişdir (10 yanvar 1992-ci il, № 7) ( «LegalActs» LLC).

Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı №24 (853) 31 dekabr 1991-ci il № 475 («LegalActs» LLC).

6 mart 2007-ci il tarixli, 260-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC