О создании государственного реестра населения Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (22 fevral 2004-cü il, № 44) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, № 2, maddə 73)

Release date: 27.05.2008

Azərbaycan Respublikası vətəndaşlarının dövlət registrinin yaradılması haqqında

Azərbaycan Respublikası Əhalisinin dövlət Reyestrinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında son illərdə qanunvericiliklə müəyyən edilmiş əsaslara və məqsədlərə müvafiq olaraq, dövlət informasiya sistemlərinin formalaşdırılması işinə başlanmışdır. Həmin sistemlər dövlətin fəaliyyətinin müxtəlif sahələrini əhatə etmiş, vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş və onların təşkili zamanı başqa ölkələrdə mövcud olan təcrübə və beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmışdır. Ölkə qanunvericiliyinə uyğun olaraq, pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün sığortaolunanlar haqqında məlumatların uçotu, vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicilərinin uçotu, «Azərbaycan milli pasportu», «Sərhəd: giriş-çıxış» sistemləri və digərləri misal ola bilər.

Eyni zamanda, təcrübədə əhali barəsində qanunvericiliklə müəyyən edilmiş məlumatların olmaması və ya qeyri-dəqiq məlumatların olması səbəbindən dövlət siyasətinin müxtəlif sahələrində, ilk növbədə, sosial sahədə və seçkilər kimi mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsində çatışmazlıqlar, vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində hüquq pozuntuları və çətinliklər ortaya çıxmışdır.

Bununla əlaqədar qanunla müəyyən edilmiş hallarda ölkə əhalisi barəsində müəyyən edilmiş məlumatlar məcmusunun yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparıcısıdır;

2.2. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində onların soyadı, adı, atasının adı, doğulduğu il, ay və gün, ailə vəziyyəti barədə məlumatlar və digər məlumatlar əks olunur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, xarici ölkələrdə əldə edilmiş müsbət təcrübə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla, «Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında» Əsasnamə layihəsini, həmin Reyestrin tərtib edilməsi, aparılması və istifadə edilməsi, müvafiq məlumatların mühafizə qaydaları da daxil olmaqla, hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin təşkil edilməsinin və aparılmasının təmin edilməsi üçün təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 21 fevral 2004-cü il

№ 35

«Azərbaycan» qəzetində dərc edilmişdir (22 fevral 2004-cü il, № 44) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, № 2, maddə 73) («LegalActs» LLC).

14 oktyabr 2004-cü il tarixli, 134 nömrəli; 6 fevral 2007-ci il tarixli, 525 nömrəli; 27 may 2008-ci il tarixli, 763 nömrəli fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC