On Fourteenth Anniversary of the 20 January tragedy
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2004-cü il, № 7) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2004-cü il, № 12, maddə 29)
Release date: 09.01.200420 Yanvar faciəsinin on dördüncü ildönümü haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on dörd il keçir.
Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla yad edir.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsini dərin hüznlə yad edərək, xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin on dördüncü ildönümü münasibətilə qərara alıram:
1. Azərbaycan Respublikasının bütün şəhər, rayon və kəndlərində 20 Yanvar faciəsinin on dördüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, Qanlı Yanvar faciəsinin on dördüncü ildönümü ilə bağlı tədbirlərin hazırlanıb keçirilməsini təmin etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 9 yanvar 2004-cü il
№ 53
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2004-cü il, № 7) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2004-cü il, № 12, maddə 29) («LegalActs» LLC).
© LegalActs LLC