О внесении изменений в текст Распоряжения Президента Азербайджанской Республики «О либерализации импортно-экспортных операций в Азербайджанской Республике»
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 may 1993-cü il, № 10 (887) maddə 322)
Release date: 20.05.1993
«Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamının mətnində dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Respublikada iqtisadi şəraiti yaxşılaşdırmaq, mövcud valyuta vəsaitindən səmərəli istifadə etmək və milli valyutanın—manatın məzənnəsinin lazımi sabitliyini təmin etmək məqsədilə qərara alıram:
1. «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 15 mart tarixli sərəncamının 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«2. Xaricə müalicəyə, ezamiyyətə, təhsil almağa, işləməyə, daimi yaşamağa, turist səfərlərinə gedən Azərbaycan Respublikasının fiziki şəxslərinə məhdudlaşdırma qoyulmadan, mənbəyi göstərilmədən 1000 ABŞ dollarına bərabər xarici valyuta çıxarmağa icazə verilsin.
Xaricə gedərkən fiziki şəxslərə imkan verilsin ki, respublikaya əvvəllər qanuni gətirdikləri, köçürdükləri xarici valyutanı təsdiqləyici sənədlər (gömrük deklarasiyası, bankın icazəsi), təqdim etdikdə respublikadan sərbəst çıxara bilsinlər».
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 20 may 1993-cü il
№ 436
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 may 1993-cü il, № 10 (887) maddə 322) («LegalActs» LLC).
© LegalActs LLC