Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 165

Bakı şəhəri, 23 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə

 "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 879-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 246 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228,1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 5 may tarixli 123 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci hissə üzrə:

1.1. on birinci abzasda "sonra" sözü "dərhal sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vasitəsilə," sözləri ilə əvəz edilsin və həmin abzasa "müddətində" sözündən sonra "isə" sözü əlavə edilsin;

1.2. on ikinci abzasda "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na" sözləri "Elektron notariat" informasiya sisteminə" sözləri ilə əvəz edilsin;

1.3. on üçüncü abzasda "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na" sözləri "Elektron notariat" informasiya sisteminə" sözləri ilə əvəz edilsin;

1.4. on dördüncü abzasın ikinci cümləsində "ərizəsini" sözü "ərizəsinin" sözü ilə əvəz edilsin, həmin abzasa "birlikdə" sözündən sonra "Elektron notariat" informasiya sistemi vasitəsilə ərizənin təsdiq edildiyi gün, iki iş günü müddətində isə həmin sənədləri sifarişli poçt göndərişi vasitəsilə" sözləri əlavə edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir.".

2. 13-cü hissə üzrə:

2.1. dördüncü abzasda "42-1-ci maddəsinin tələbinə" sözləri "tələblərinə" sözü ilə, "notariuslar" sözü "notarius" sözü ilə, "hərəkətlərinə dair məlumatları "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na" sözləri "hərəkətləri barədə məlumatları "Elektron notariat" informasiya sisteminə" sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

"Notarius notariat hərəkətlərini apararkən, bu Təlimatın 19-cu hissəsinin ikinci abzasında göstərilmiş məlumatları "Elektron notariat" informasiya sistemindən istifadə etməklə yoxlamalıdır.

"Elektron notariat" informasiya sistemi vasitəsilə, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə notariat kontorları arasında yazışmalar aparılır.".

3. 19-cu hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır.".

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə                                

 

5 İyun 2014, 14:06

http://cabmin.gov.az/

9181—9190 / 10511

24 Noyabr 2014, 09:11

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1061-IVQD nömrəli Qanununun tətbiqi və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

24 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

Vahid Balami oğlu İlyasovun müvəqqəti olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2014-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

24 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 18 noyabr 2014-cü il tarixli 01 saylı müraciətə baxılmasına dair   ətraflı...

24 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 noyabr 2014-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

24 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...