“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276) 21-ci maddəsinin üçüncü hissəsində “1950” rəqəmləri “2250” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2013-cü il dekabrın 1-dən tətbiq edilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2013-cü il.

26 Dekabr 2013, 09:12

http://www.azertag.net

6571—6580 / 10511

1 Avqust 2016, 08:08

Bakı şəhəri Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

29 İyul 2016, 09:07

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

28 İyul 2016, 09:07

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə   ətraflı...

28 İyul 2016, 09:07

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə   ətraflı...

28 İyul 2016, 09:07

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin   ətraflı...

28 İyul 2016, 09:07

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nın təsdiq edilməsi barədə   ətraflı...

28 İyul 2016, 09:07

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 İyul 2016, 09:07

“Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

27 İyul 2016, 09:07

“Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

27 İyul 2016, 09:07

“Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...