Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün Sursatın siyahısı"nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 154

Bakı şəhəri, 19 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün Sursatın siyahısı"nda dəyişikliklər edilməsi barədə

  "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №9, maddə 637) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün sursatın siyahısı"nın "Silah:" bölməsindən "PM markalı", "PSM markalı" və "TT markalı" sözləri çıxarılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

5 İyun 2014, 14:06

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...