“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888; 2006, № 3, maddə 224, № 12, maddə 1005; 2007, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009, № 10, maddə 772; 2011, № 2, maddə 70; 2012, № 9, maddə 839; 2015, № 5, maddə 493, № 11, maddə 1281; 2016, № 12, maddə 1988; 2018, № 6, maddə 1170) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.0.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 7.0.10-cu və 7.1-ci maddələr əlavə edilsin:
“7.0.10. tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanmaması.
7.1. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai yayımçı tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2018-ci il.
11 Dekabr 2018, 08:128 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
8 Fevral 2016, 09:02
F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibi ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...