Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 150
Bakı şəhəri, 16 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1224) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nın 7.3-cü bəndində "əmək müqaviləsi bağlanan" sözləri "bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 İyun 2014, 14:06
25 Oktyabr 2017, 09:10
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
24 Oktyabr 2017, 09:10
Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
23 Oktyabr 2017, 09:10
Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
23 Oktyabr 2017, 09:10
Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
X.T.Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
Ş.S.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
N.H.Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ ətraflı...