“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682, № 8, maddə 1688; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 285 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci abzasdan “habelə” sözü çıxarılsın və “ASAN Viza” sistemi və” sözləri “Elektron hökumət” informasiya sistemi və “ASAN Viza” sistemi, habelə” sözləri ilə əvəz edilsin.
1.2. aşağıdakı məzmunda 10.2-1-ci bənd əlavə edilsin:
“10.2-1. “Elektron hökumət” informasiya sistemi ilə inteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:
10.2-1.1. sistem tərəfindən təmin olunan məlumatlar:
10.2-1.1.1. “Elektron hökumət” informasiya sistemi vasitəsilə xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin etmək üçün zəruri olan bu Əsasnamənin 8-ci və 10-cu hissələrində nəzərdə tutulmuş məlumatlar;”.
2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası əcnəbi və vətəndaşlığı olmayan şəxslərin pasport və ya digər sərhədkeçmə sənədləri üzrə məlumatların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin "Sərhədkeçmə" informasiya resursundan "Əcnəbilər" informasiya resursuna dərhal ötürülməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə maliyyələşmə məsələlərini həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2018-ci il.
22 Noyabr 2018, 08:1112 Aprel 2021, 21:04
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 Aprel 2021, 20:04
Erkan Özoralın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Aprel 2021, 21:04
Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Aprel 2021, 21:04
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
9 Aprel 2021, 21:04
E.P.İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Aprel 2021, 21:04
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Aprel 2021, 21:04
Azərbaycan Tibb Universiteti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Aprel 2021, 21:04
Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Aprel 2021, 21:04
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Aprel 2021, 21:04
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...