“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771; № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190) 2-ci maddəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı;”.
Maddə 2. “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il.
19 Noyabr 2018, 08:1131 Oktyabr 2014, 09:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
30 Oktyabr 2014, 09:10
Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya ətraflı...
30 Oktyabr 2014, 09:10
Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə ətraflı...
29 Oktyabr 2014, 09:10
Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana ətraflı...
29 Oktyabr 2014, 09:10
Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına ətraflı...
28 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...