"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli82 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 144

Bakı şəhəri, 13 may 2014-cü il

"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli82 nömrəli qərarında dəyişikliklər edilməsi barədə  

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.23-cü bəndinə əsasən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372; 2011, № 3, maddə 235; 2013, № 5, maddə 567) aşağıdakı məzmunda 1‑1‑ci hissə əlavə edilsin:

"1-1. "Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 may tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmişdir

Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi

Qaydası

1. Ümumi müddəa

1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyir.

 2. Baza ali tibb təhsili və rezidentura təhsili haqqında diplomların nümunələri

2.1. Baza ali tibb təhsili və rezidentura təhsili haqqında aşağıdakı növ diplomlar müəyyənləşdirilir:

2.1.1. baza ali tibb təhsili diplomu (adi və fərqlənmə);

2.1.2. rezidentura təhsili diplomu.

2.2. Baza ali tibb təhsili və rezidentura təhsili diplomları müvafiq olaraq baza ali tibb təhsilini və rezidentura təhsilini başa vurmuş şəxslərə verilir.

2.3. Baza ali tibb təhsili diplomunun təsviri:

2.3.1. diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialından hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəflərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və baza ali tibb təhsili diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI" və "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU" sözləri, sol səhifəsinin yuxarı hissəsində "BU DİPLOM ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, diplomun seriyası və nömrəsi yazılır. Sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Səhifələrdə mətn baza ali tibb təhsili diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə);

2.3.2. baza ali tibb təhsili məzunlarına nümunədə göstərilən formada diploma əlavə verilir (2 nömrəli əlavə). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Diploma əlavənin birinci səhifəsinin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMUNA ƏLAVƏ (diplomsuz etibarsızdır)" sözləri, əlavənin seriyası və nömrəsi yazılır, sonuncu səhifəsinin sol tərəfində möhür yeri saxlanılır. Səhifələrdə mətn əlavənin nümunəsində göstərilən formada yerləşdirilir;

2.3.3. baza ali tibb təhsilini fərqlənmə ilə bitirənlər üçün diplomun sol səhifəsinin yuxarı hissəsində yazılan "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU" sözlərinin altında qırmızı rənglə "Fərqlənmə" sözü yazılır (3 nömrəli əlavə);

2.3.4. nömrələnmə AT № 000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra "№" işarəsindən əvvəlki birinci "A" hərfi Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

2.4. Rezidentura təhsili diplomunun təsviri:

2.4.1. diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur. Diplomun üz qabığı dermantin materialından hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "REZİDENTURA TƏHSİLİ DİPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəflərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və rezidentura təhsili diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI" və "REZİDENTURA TƏHSİLİ DİPLOMU" sözləri, sol səhifəsinin yuxarı hissəsində "BU DİPLOM ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, diplomun seriyası və nömrəsi yazılır, sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Səhifələrdə mətn rezidentura təhsili diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (4 nömrəli əlavə);

2.4.2. nömrələnmə AR № 000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra "№" işarəsindən əvvəlki birinci "A" hərfi Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

2.5. Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

 3. Baza ali tibb təhsili və rezidentura təhsili diplomlarının hazırlanması, saxlanılması və doldurulması

3.1. Baza ali tibb təhsili və rezidentura təhsili diplomları Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilir.

3.2. Baza ali tibb təhsili və rezidentura təhsili diplomlarının blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali tibb təhsili müəssisələrinə məzunların sayına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

3.3. Diplom blankları ciddi hesabat sənədləri kimi saxlanılır.

3.4. Diplom blanklarının alınması, qeydiyyatı, saxlanılması və hesabatının aparılması işinin təşkili üçün məsul şəxslər təyin edilir.

3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali tibb təhsili müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır.

3.6. Diplom kalliqrafik xətlə, qara tuşla yazılır. Diploma əlavələr kompyuterdə çap oluna bilər. Diplomda düzəlişə və qaralamalara yol verilmir. Baza ali tibb təhsili diplomu blanklarının möhür üçün ayrılmış yerində ali tibb təhsili müəssisəsinin möhürü, rezidentura təhsili diplomunun möhür üçün ayrılmış yerində isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin möhürü vurulur. Möhür aydın oxunmalıdır.

3.7. Doldurulan zaman korlanmış diplom blankları aktla silinir.

3.8. Diplomda məzunun soyadı, adı və atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.

3.9. Diplomda məzunların təhsil aldığı ixtisasların adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların təsnifatına uyğun yazılır.

 4. Baza ali tibb təhsili və rezidentura təhsili diplomlarının verilməsi

4.1. Diplom baza ali tibb təhsilini və ya rezidentura təhsilini bitirdikdən sonra 10 gün müddətində verilir.

4.2. Diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən edilmiş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir.

4.3. Diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır.

4.4. Ali tibb təhsili müəssisəsi ləğv olunduğu halda tibb təhsili diplomu və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eynitipli ali təhsil müəssisəsi tərəfindən verilə bilər.

4.5. Ali tibb təhsili müəssisəsinin yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali tibb təhsili müəssisəsinin hüquqi varisi olan ali təhsil müəssisəsi tərəfindən verilir.

4.6. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq saxlanılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

4.6.1. sıra nömrəsi;

4.6.2. diplomun seriyası və nömrəsi;

4.6.3. diplomalanın soyadı, adı və atasının adı;

4.6.4. ixtisasın adı;

4.6.5. alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi;

4.6.6. Dövlət (Yekun) Attestasiya Komissiyasının qərarının nömrəsi və tarixi;

4.6.7. diplomun verilməsi tarixi;

4.6.8. diplomalan və diplomverən şəxslərin imzası.

4.7. Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin dublikatlarının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.

4.8. Diplomu və ona əlavəni itirən şəxs ərizə ilə ali tibb təhsili müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və ona əlavənin adı, seriyası və nömrəsi, onu verən təşkilatın adı və diplomun verilməsi tarixi göstərilir.

4.9. Həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatı verilir.

4.10. Diplomun və ona əlavənin dublikatları arxiv sənədləri (əmr, Dövlət (Yekun) Attestasiya Komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyatı kitabı) əsasında verilir.

4.11. Dublikat kimi verilən diplomun və ona əlavənin sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.

4.12. İtirilmiş diplomun və ona əlavənin əvəzinə arayış verilməsi qadağandır.

4.13. Diplomun və ona əlavənin və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə diplomalanlardan heç bir ödəniş tələb edilə bilməz.

 

       "Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət

        sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na

2 nömrəli əlavə

 

BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMUNA ƏLAVƏ

(diplomsuz etibarsızdır)

 

AT №

 

Bu diplom ___________________________________________________

                  (soyadı, adı, atasının adı)

 

______________________________________________________

______________________________________________________

                (ali təhsil müəssisəsinin adı)

 

_______________________________________________tərəfindən verilir.

_______________________________ "___" ______________ il tarixində

____________________________________________________daxil olub.

              (ali təhsil müəssisəsinin adı)

 

_____________________________________________________________

 və "___" ____________ il tarixində ______________________________

_______________________________________________________bitirib.

              (ali təhsil müəssisəsinin adı)

 

Təhsil müddəti __________________________________

 

DÖVLƏT ATTESTASİYA KOMİSSİYASININ

 

"___" ________________ il tarixli ___________________ №-li qərarı ilə

ona__________________________________________________________

_____________________________________________________________

(ixtisasın adı)

________________________________________________________həkim

ali-peşə ixtisas dərəcəsi verilmişdir.

_____________________________________________________________

(diplomun seriyası, nömrəsi, verilmə tarixi və qeydiyyat nömrəsi)

 

 

 

Təhsil müddətində məzun aşağıdakı fənlər üzrə kreditləri qazanmışdır:

 

Sıra №-si

Tədris planı üzrə fənnin adı

Kreditin miqdarı

Aldığı qiymət

(hərf və balla)*

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Fənn üzrə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

A -

əla

(91-100)

B -

çox yaxşı

(81-90)

C -

yaxşı

(71-80)

D -

kafi

(61-70)

E -

qənaətbəxş

(51-60)

F -

qeyri-kafi

(51 baldan aşağı)

 

 

                                                                                   Rektor ________________________________

                                                                                    (soyadı, adı və atasının adı)

 

                                                                                   Fakültə dekanı __________________________

                                                                                        (soyadı, adı və atasının adı)

 

M.Y.

5 İyun 2014, 14:06

http://cabmin.gov.az/

511—520 / 10511

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Avqust 2022, 15:08

Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...