“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 92; 2001, № 11, maddə 683; 2004, № 2, maddə 57, № 10, maddə 761; 2007, № 10, maddə 938; 2009, № 12, maddə 948; 2014, № 10, maddə 1166; 2017, № 6, maddə 1025; 2018, № 4, maddə 643) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin 5-ci hissəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin.

2. 15.1.2-ci maddə ləğv edilsin. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

16 Noyabr 2018, 08:11

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...