"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 143

Bakı şəhəri, 12 may 2014-cü il

"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nın təsdiq edilməsi haqqında

 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmişdir

Yoxlama suallarının siyahısının forması və tətbiqi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sahibkarlıq sahəsində aparılan yoxlamalara dair yoxlama suallarının siyahısının əlavəyə uyğun formasını və yoxlayıcı orqan tərəfindən yoxlama suallarının siyahısının hazırlanması, təsdiq edilməsi və tətbiqi qaydalarını müəyyən edir.

1.2. Yoxlama suallarının siyahısının tətbiqinin məqsədi sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların səmərəliliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin edilməsidir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

 2. Yoxlama suallarının siyahısının hazırlanması və təsdiq edilməsi

2.1. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır və yoxlayıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir.

2.2. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirir.

2.3. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun.

2.4. Yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələbin qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələb müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementləri göstərilməlidir.

2.5. Yoxlama suallarının siyahısına daxil edilən tələblər ümumi sözlərlə ifadə edilməməli, konkret olmalı və birmənalı cavabları ("Tələb yerinə yetirilib" və ya "Tələb yerinə yetirilməyib") nəzərdə tutmalıdır.

2.6. Yoxlama suallarının siyahısına daxil edilən tələblər felin indiki zamanının məlum növündə ifadə edilməlidir.

2.7. Yoxlama suallarının siyahısına daxil edilən tələblər normativ hüquqi aktın normasına istinad xarakteri daşımamalıdır.

2.8. Yoxlama suallarının siyahısına daxil edilən tələblərdə "və sairə", "və ilaxır", "və digər", "və başqa" və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.

2.9. Yoxlama suallarının siyahısına daxil edilən tələblər sadə və aydın ifadə olunmalıdır ki, sahibkar həmin tələblərin icra vəziyyətini müstəqil şəkildə və yoxlayıcının iştirakı olmadan qiymətləndirə bilsin.

2.10. Yoxlama suallarının siyahısına daxil edilən tələblərin təkrarlanmasına yol verilmir.

2.11. Yoxlayıcı orqan yoxlama suallarının siyahısının öz rəsmi internet saytında və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (bundan sonra - Reyestr) yerləşdirilməsini təmin edir. Reyestrdə yerləşdirilməmiş yoxlama sualları yoxlama zamanı tətbiq oluna bilməz.

2.12. Yoxlama suallarının siyahısının aktuallığını və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara uyğunluğunu təmin etmək məqsədi ilə yoxlama suallarının siyahısında əks olunan tələblər yoxlayıcı orqan tərəfindən mütəmadi nəzərdən keçirilir və bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq həmin tələblərdə dəyişikliklər edilir.

2.13. Yoxlayıcı orqan yoxlama suallarının siyahısında əks olunan tələblərdə edilən dəyişikliyi 5 (beş) iş günü müddətində öz rəsmi internet saytında və Reyestrdə yerləşdirməlidir.

2.14. Yoxlama suallarının siyahısında əks olunan tələblərdə edilən dəyişiklik Reyestrdə yerləşdirildikdən 10 (on) gün sonra bu Qaydanın 3.3-cü bəndinə əsasən tərtib olunan yoxlama suallarının siyahısına daxil edilə bilər.

 3. Yoxlama zamanı yoxlama suallarının siyahısının tətbiqi

3.1. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsidir.

3.2. Yoxlama suallarının siyahısı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlama zamanı tətbiq edilir.

3.3. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən bu Qaydanın əlavəsində göstərilən formaya uyğun Reyestr vasitəsilə tərtib edilir. Bunun üçün səlahiyyətli vəzifəli şəxs Reyestrdə yerləşdirilmiş yoxlama suallarının siyahısında işarə qoymaqla yoxlama suallarını seçir və yoxlama qeydiyyata alındıqda, müvafiq siyahı avtomatlaşdırılmış rejimdə emal olunur. Emal olunmuş yoxlama suallarının siyahısı iki nüsxədə çap olunaraq həmin siyahını tərtib edən səlahiyyətli vəzifəli şəxs, habelə yoxlayıcı orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

3.4. Yoxlayıcı yoxlamaya başlamazdan əvvəl yoxlama suallarının siyahısı barədə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə məlumat verir.

3.5. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır.

3.6. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına yoxlayıcı (yoxlamanın rəhbəri) tərəfindən daxil edilir.

3.7. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti yoxlayıcı tərəfindən hər bir tələbin qarşısında yerləşən "Tələb yerinə yetirilib" və ya "Tələb yerinə yetirilməyib" qrafalarında müvafiq işarə qoyulmaqla qiymətləndirilir.

3.8. Yoxlama suallarının siyahısında yoxlayıcı tərəfindən dəqiqləşdirici qeydlər aparılması üçün hər tələbin qarşısında "Qeyd" qrafası nəzərdə tutulur.

3.9. Yoxlama suallarının siyahısında qaralama və düzəlişlərin aparılmasına yol verilmir.

3.10. Yoxlama suallarının siyahısı məcburi tələblərin icra vəziyyəti yoxlanıldıqdan sonra yoxlamada iştirak edən yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama suallarının siyahısını tərtib edən səlahiyyətli vəzifəli şəxs və imzalayan yoxlayıcılar oraya daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.

3.11. Yoxlama suallarının siyahısının digər nüsxəsi yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.

 

“Yoxlama suallarının siyahısının

forması və tətbiqi Qaydası”na

əlavə

                                      Yoxlama suallarının

                                             SİYAHISI

Forma

 

“TƏSDİQ EDİLMİŞDİR”

________________________________________________________________________________________________

(yoxlayıcı orqanın rəhbərinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin vəzifəsi, adı, soyadı, imzası və möhür)

______________________________________________________

(yoxlayıcı orqanın adı)

 “___” “_________” 20___ il tarixli _____ nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat

reyestrindən ___________ nömrəli çıxarışa əsasən ______________________________________________________

                              (nəzarət sahəsinin (sahələrinin) adı)

üzrə ____________________________________________________________________________________________

              (yoxlanılan sahibkarın tam adı, VÖEN-i, ünvanı və (və ya) bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı)

aparılan _________________________________ yoxlama ilə bağlı

                                                (yoxlamanın növü)

 

 

 

Sıra №-si

Reyestrdə olan sıra №-si

Sahibkarlıq fəaliyyətinə dair

 məcburi tələblər

Tələb yerinə yetirilib

Tələb yerinə yetirilməyib

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yoxlama suallarının siyahısını tərtib

edən səlahiyyətli vəzifəli şəxs  _____________  ________________________________________________

                                         (imzası)                         (adı, soyadı və vəzifəsi)

 

“____”    “__________”  “______”

 (gün)       (ay)                 (il)

 Yoxlama suallarının siyahısı “_____” vərəqdən ibarətdir.

 

 Yoxlayıcı (yoxlayıcılar)    ________________     _________________________________________

                                          (imzası)                                  (adı, soyadı və vəzifəsi)

  

“____”    “__________”  “______”

   (gün)        (ay)                (il)

 

 

 

4 İyun 2014, 13:06

http://cabmin.gov.az/

2781—2790 / 10511

30 May 2019, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 May 2019, 08:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2015-ci il 14 sentyabr tarixli 594 nömrəli Fərmanının ləğv edilməsi, 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 May 2019, 08:05

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 May 2019, 08:05

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 May 2019, 08:05

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 May 2019, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 May 2019, 08:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 May 2019, 08:05

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 May 2019, 08:05

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 May 2019, 08:05

Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...