"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 143
Bakı şəhəri, 12 may 2014-cü il
"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nın təsdiq edilməsi haqqında
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmişdir
Yoxlama suallarının siyahısının forması və tətbiqi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sahibkarlıq sahəsində aparılan yoxlamalara dair yoxlama suallarının siyahısının əlavəyə uyğun formasını və yoxlayıcı orqan tərəfindən yoxlama suallarının siyahısının hazırlanması, təsdiq edilməsi və tətbiqi qaydalarını müəyyən edir.
1.2. Yoxlama suallarının siyahısının tətbiqinin məqsədi sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların səmərəliliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin edilməsidir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Yoxlama suallarının siyahısının hazırlanması və təsdiq edilməsi
2.1. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır və yoxlayıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir.
2.2. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirir.
2.3. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun.
2.4. Yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələbin qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələb müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementləri göstərilməlidir.
2.5. Yoxlama suallarının siyahısına daxil edilən tələblər ümumi sözlərlə ifadə edilməməli, konkret olmalı və birmənalı cavabları ("Tələb yerinə yetirilib" və ya "Tələb yerinə yetirilməyib") nəzərdə tutmalıdır.
2.6. Yoxlama suallarının siyahısına daxil edilən tələblər felin indiki zamanının məlum növündə ifadə edilməlidir.
2.7. Yoxlama suallarının siyahısına daxil edilən tələblər normativ hüquqi aktın normasına istinad xarakteri daşımamalıdır.
2.8. Yoxlama suallarının siyahısına daxil edilən tələblərdə "və sairə", "və ilaxır", "və digər", "və başqa" və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
2.9. Yoxlama suallarının siyahısına daxil edilən tələblər sadə və aydın ifadə olunmalıdır ki, sahibkar həmin tələblərin icra vəziyyətini müstəqil şəkildə və yoxlayıcının iştirakı olmadan qiymətləndirə bilsin.
2.10. Yoxlama suallarının siyahısına daxil edilən tələblərin təkrarlanmasına yol verilmir.
2.11. Yoxlayıcı orqan yoxlama suallarının siyahısının öz rəsmi internet saytında və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (bundan sonra - Reyestr) yerləşdirilməsini təmin edir. Reyestrdə yerləşdirilməmiş yoxlama sualları yoxlama zamanı tətbiq oluna bilməz.
2.12. Yoxlama suallarının siyahısının aktuallığını və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara uyğunluğunu təmin etmək məqsədi ilə yoxlama suallarının siyahısında əks olunan tələblər yoxlayıcı orqan tərəfindən mütəmadi nəzərdən keçirilir və bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq həmin tələblərdə dəyişikliklər edilir.
2.13. Yoxlayıcı orqan yoxlama suallarının siyahısında əks olunan tələblərdə edilən dəyişikliyi 5 (beş) iş günü müddətində öz rəsmi internet saytında və Reyestrdə yerləşdirməlidir.
2.14. Yoxlama suallarının siyahısında əks olunan tələblərdə edilən dəyişiklik Reyestrdə yerləşdirildikdən 10 (on) gün sonra bu Qaydanın 3.3-cü bəndinə əsasən tərtib olunan yoxlama suallarının siyahısına daxil edilə bilər.
3. Yoxlama zamanı yoxlama suallarının siyahısının tətbiqi
3.1. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsidir.
3.2. Yoxlama suallarının siyahısı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlama zamanı tətbiq edilir.
3.3. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən bu Qaydanın əlavəsində göstərilən formaya uyğun Reyestr vasitəsilə tərtib edilir. Bunun üçün səlahiyyətli vəzifəli şəxs Reyestrdə yerləşdirilmiş yoxlama suallarının siyahısında işarə qoymaqla yoxlama suallarını seçir və yoxlama qeydiyyata alındıqda, müvafiq siyahı avtomatlaşdırılmış rejimdə emal olunur. Emal olunmuş yoxlama suallarının siyahısı iki nüsxədə çap olunaraq həmin siyahını tərtib edən səlahiyyətli vəzifəli şəxs, habelə yoxlayıcı orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
3.4. Yoxlayıcı yoxlamaya başlamazdan əvvəl yoxlama suallarının siyahısı barədə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə məlumat verir.
3.5. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır.
3.6. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına yoxlayıcı (yoxlamanın rəhbəri) tərəfindən daxil edilir.
3.7. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti yoxlayıcı tərəfindən hər bir tələbin qarşısında yerləşən "Tələb yerinə yetirilib" və ya "Tələb yerinə yetirilməyib" qrafalarında müvafiq işarə qoyulmaqla qiymətləndirilir.
3.8. Yoxlama suallarının siyahısında yoxlayıcı tərəfindən dəqiqləşdirici qeydlər aparılması üçün hər tələbin qarşısında "Qeyd" qrafası nəzərdə tutulur.
3.9. Yoxlama suallarının siyahısında qaralama və düzəlişlərin aparılmasına yol verilmir.
3.10. Yoxlama suallarının siyahısı məcburi tələblərin icra vəziyyəti yoxlanıldıqdan sonra yoxlamada iştirak edən yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama suallarının siyahısını tərtib edən səlahiyyətli vəzifəli şəxs və imzalayan yoxlayıcılar oraya daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.
3.11. Yoxlama suallarının siyahısının digər nüsxəsi yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.
“Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”na əlavə Yoxlama suallarının SİYAHISI Forma
“TƏSDİQ EDİLMİŞDİR” ________________________________________________________________________________________________ (yoxlayıcı orqanın rəhbərinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin vəzifəsi, adı, soyadı, imzası və möhür) ______________________________________________________ (yoxlayıcı orqanın adı) “___” “_________” 20___ il tarixli _____ nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ___________ nömrəli çıxarışa əsasən ______________________________________________________ (nəzarət sahəsinin (sahələrinin) adı) üzrə ____________________________________________________________________________________________ (yoxlanılan sahibkarın tam adı, VÖEN-i, ünvanı və (və ya) bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı) aparılan _________________________________ yoxlama ilə bağlı (yoxlamanın növü)
|
Yoxlama suallarının siyahısını tərtib edən səlahiyyətli vəzifəli şəxs _____________ ________________________________________________ (imzası) (adı, soyadı və vəzifəsi)
“____” “__________” “______” (gün) (ay) (il) Yoxlama suallarının siyahısı “_____” vərəqdən ibarətdir.
Yoxlayıcı (yoxlayıcılar) ________________ _________________________________________ (imzası) (adı, soyadı və vəzifəsi)
“____” “__________” “______” (gün) (ay) (il)
|
4 İyun 2014, 13:06
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası)–“Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil... ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
19 Noyabr 2013, 09:11
“2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Noyabr 2013, 09:11
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında məşvərətçi səs ... ətraflı...
13 Noyabr 2013, 09:11
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Mərkəzi Seçki Komissiyasının 16 oktyabr və 17 oktyabr 2013-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Oktyabr 2013, 08:10
Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında ətraflı...