“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 486; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 4; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 7, maddə 507; 2006, № 2, maddə 63, № 12, maddə 1005; 2007, № 5, maddə 437; 2008, № 2, maddə 49; 2009, № 12, maddə 957; 2011, № 12, maddə 1101; 2017, № 12 (I kitab), maddə 2199, 2018, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin üçüncü abzasından sonra aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Sahibkarlıq fəaliyyəti ilə bağlı statistik məlumatlar emal edilərkən sahibkarlıq subyektlərinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş bölgüsü nəzərə alınır.”.
2. 12-ci maddənin dördüncü abzasına “statistika göstəriciləri” sözlərindən sonra “barədə məlumatlar, həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilən bölgüsü” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2018-ci il.
13 Noyabr 2018, 08:1122 Aprel 2014, 14:04
"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Aprel 2014, 09:04
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 16:04
Ş.H.Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...