"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 141

Bakı şəhəri, 12 may 2014-cü il

"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №3, maddə 245; 2001, №10, maddə 663; 2006, №4, maddə 369; 2006, №5, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:

1. Adından və 1-ci hissəsindən "Olimpiya Oyunları," sözləri çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş "Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar" aşağıdakı redaksiyada verilsin:

 

"OLİMPİYA PROQRAMINA DAXİL OLAN İDMAN NÖVLƏRİ ÜZRƏ DÜNYA VƏ AVROPA ÇEMPİONATLARI VƏ KUBOK YARIŞLARINDA ƏN YÜKSƏK NƏTİCƏLƏR GÖSTƏRMİŞ AZƏRBAYCAN RESPUBLİKASININ İDMANÇILARI VƏ ONLARIN MƏŞQÇİLƏRİ ÜÇÜN MÜKAFATLAR

 

Sıra №-si

Yarışın növü

Tutduğu yer və mükafatın məbləği (manatla)

I

II

III

1

2

3

4

5

1.

Dünya Çempionatı

 

 

 

 

idmançı

15000

10000

6000

 

məşqçi

7500

5000

3000

2.

Avropa Çempionatı

 

 

 

 

idmançı

10000

6000

2000

 

məşqçi

5000

3000

1000

3.

Dünya Kubokunun final yarışı (ümumi hesabda)

 

 

 

 

komandanın idmançıları

20000

15000

10000

 

komandanın məşqçiləri

10000

7500

5000

4.

Avropa Kubokunun final yarışı (ümumi hesabda)

 

 

 

 

komandanın idmançıları

15000

10000

8000

 

komandanın məşqçiləri

7500

5000

4000

5.

Dünya Kubokunun final yarışı (fərdi)

 

 

 

 

idmançı

6000

4000

3000

 

məşqçi

3000

2000

1500

6.

Avropa Kubokunun final yarışı (fərdi)

 

 

 

 

idmançı

4000

3000

2000

 

məşqçi

2000

1500

1000

7.

Dünya birinciliyi (gənclər)

 

 

 

 

idmançı

3000

2000

1500

 

məşqçi

1500

1000

750

8.

Dünya birinciliyi (yeniyetmələr)

 

 

 

 

idmançı

2500

1500

1000

 

məşqçi

1250

750

500

9.

Avropa birinciliyi (gənclər)

 

 

 

 

idmançı

2000

1000

800

 

məşqçi

1000

500

400

10.

Avropa birinciliyi (yeniyetmələr)

 

 

 

 

idmançı

1500

800

600

 

məşqçi

750

400

300

 

Qeyd. Beynəlxalq kompleks yarışlarında: Tələbələrin Ümumdünya Universiadası, Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Yeniyetmələrin Olimpiya Oyunları, Gənclərin Olimpiya Həftəsi yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı olmadığı təqdirdə, mükafatlandırma bu cədvəlin 2-ci bəndinə müvafiq olaraq həyata keçirilsin.".

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

4 İyun 2014, 13:06

http://cabmin.gov.az/

10371—10380 / 10511

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...