"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 141
Bakı şəhəri, 12 may 2014-cü il
"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №3, maddə 245; 2001, №10, maddə 663; 2006, №4, maddə 369; 2006, №5, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:
1. Adından və 1-ci hissəsindən "Olimpiya Oyunları," sözləri çıxarılsın.
2. Həmin qərarla təsdiq edilmiş "Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar" aşağıdakı redaksiyada verilsin:
"OLİMPİYA PROQRAMINA DAXİL OLAN İDMAN NÖVLƏRİ ÜZRƏ DÜNYA VƏ AVROPA ÇEMPİONATLARI VƏ KUBOK YARIŞLARINDA ƏN YÜKSƏK NƏTİCƏLƏR GÖSTƏRMİŞ AZƏRBAYCAN RESPUBLİKASININ İDMANÇILARI VƏ ONLARIN MƏŞQÇİLƏRİ ÜÇÜN MÜKAFATLAR
Sıra №-si |
Yarışın növü |
Tutduğu yer və mükafatın məbləği (manatla) |
||
I |
II |
III |
||
1 |
2 |
3 |
4 |
5 |
1. |
Dünya Çempionatı |
|
|
|
|
idmançı |
15000 |
10000 |
6000 |
|
məşqçi |
7500 |
5000 |
3000 |
2. |
Avropa Çempionatı |
|
|
|
|
idmançı |
10000 |
6000 |
2000 |
|
məşqçi |
5000 |
3000 |
1000 |
3. |
Dünya Kubokunun final yarışı (ümumi hesabda) |
|
|
|
|
komandanın idmançıları |
20000 |
15000 |
10000 |
|
komandanın məşqçiləri |
10000 |
7500 |
5000 |
4. |
Avropa Kubokunun final yarışı (ümumi hesabda) |
|
|
|
|
komandanın idmançıları |
15000 |
10000 |
8000 |
|
komandanın məşqçiləri |
7500 |
5000 |
4000 |
5. |
Dünya Kubokunun final yarışı (fərdi) |
|
|
|
|
idmançı |
6000 |
4000 |
3000 |
|
məşqçi |
3000 |
2000 |
1500 |
6. |
Avropa Kubokunun final yarışı (fərdi) |
|
|
|
|
idmançı |
4000 |
3000 |
2000 |
|
məşqçi |
2000 |
1500 |
1000 |
7. |
Dünya birinciliyi (gənclər) |
|
|
|
|
idmançı |
3000 |
2000 |
1500 |
|
məşqçi |
1500 |
1000 |
750 |
8. |
Dünya birinciliyi (yeniyetmələr) |
|
|
|
|
idmançı |
2500 |
1500 |
1000 |
|
məşqçi |
1250 |
750 |
500 |
9. |
Avropa birinciliyi (gənclər) |
|
|
|
|
idmançı |
2000 |
1000 |
800 |
|
məşqçi |
1000 |
500 |
400 |
10. |
Avropa birinciliyi (yeniyetmələr) |
|
|
|
|
idmançı |
1500 |
800 |
600 |
|
məşqçi |
750 |
400 |
300 |
Qeyd. Beynəlxalq kompleks yarışlarında: Tələbələrin Ümumdünya Universiadası, Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Yeniyetmələrin Olimpiya Oyunları, Gənclərin Olimpiya Həftəsi yarışlarında mükafat yerləri tutan idmançıların və onların məşqçilərinin mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı olmadığı təqdirdə, mükafatlandırma bu cədvəlin 2-ci bəndinə müvafiq olaraq həyata keçirilsin.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
4 İyun 2014, 13:06
7 Mart 2014, 09:03
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
7 Mart 2014, 09:03
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsindəəməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişəəlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
7 Mart 2014, 09:03
Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...