"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarının vəzifə maaşlarına əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 avqust tarixli 228 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 139

Bakı şəhəri, 8 may 2014-cü il

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarının vəzifə maaşlarına əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 avqust tarixli 228 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 1. "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarının vəzifə maaşlarına əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 avqust tarixli 228 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1026) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"1. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyi müəyyən olunmuş müvafiq fondlar dairəsində hər ay Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarına aşağıdakı qaydada aylıq vəzifə maaşlarına əlavələr təyin etsin:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində müxtəlif adda yüksəkixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlara xidmətdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə onların iki aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla;

Texniki Müayinə İdarəsinin kinoloji mərkəzində xidməti itlərə qulluq və təlim keçən əməkdaşlara, eləcə də İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizlik İdarəsinin regional şöbələrində atlara qulluq edən işçilərə onların aylıq vəzifə maaşının 20 faizi məbləğindən çox olmamaqla.".

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

 

4 İyun 2014, 13:06

http://cabmin.gov.az/

4421—4430 / 10511

15 Dekabr 2017, 09:12

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 836-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

15 Dekabr 2017, 09:12

2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə DÖVLƏT PROQRAMI   ətraflı...

15 Dekabr 2017, 09:12

“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2017, 09:12

“İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

15 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

15 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

13 Dekabr 2017, 09:12

A.A.Ələsgərovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 Dekabr 2017, 09:12

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...