Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkəmizin qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Son illərdə Şəkidə sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən “ASAN Həyat” Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Muzeyi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli Uşaq Evi, əlil və şəhid ailələri üçün ümumilikdə 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Olimpiya İdman Kompleksi, Şəki Dövlət Dram Teatrının binası yenidən qurulmuş, “Aşağı Karvansaray” Kompleksi, “Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi bərpa olunmuş, ən müasir tələblərə cavab verən yeni turizm obyektləri, 29 yeni ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, rayonun yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, ümumi gücü 87,6 MVt olan modul tipli elektrik stansiyası tikilmiş, iri emal və istehsal müəssisələri yaradılmış, 21 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəki şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2018-ci il.
30 Oktyabr 2018, 08:1017 Dekabr 2019, 08:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Dekabr 2019, 08:12
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1697-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Dekabr 2019, 08:12
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Dekabr 2019, 08:12
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Dekabr 2019, 08:12
Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Dekabr 2019, 08:12
Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Dekabr 2019, 08:12
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Dekabr 2019, 08:12
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Dekabr 2019, 08:12
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
11 Dekabr 2019, 07:12
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...