“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 83, № 11, maddə 1364; 2015, № 6, maddə 682) 5.1-ci maddəsinin birinci cümləsində “və ona alternativ” sözləri “, ev dustaqlığı və ya girov” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il.

19 Oktyabr 2018, 08:10

http://www.azertag.az

4821—4830 / 10511

14 Sentyabr 2017, 09:09

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında   ətraflı...

14 Sentyabr 2017, 09:09

İ.Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 10:09

Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 10:09

Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 09:09

İ.İ.Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2017, 09:09

A.V.Lapşinin əfv edilməsi haqqında   ətraflı...

11 Sentyabr 2017, 10:09

İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

8 Sentyabr 2017, 09:09

M.H.Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

8 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

7 Sentyabr 2017, 10:09

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ   ətraflı...