Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnaməni “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 136; 2001, № 11, maddə 669; 2002, № 6, maddə 328; 2006, № 2, maddə 64, № 11, maddə 933; 2007, № 11, maddə 1053; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2011, № 12, maddə 1087; 2012, № 2, maddə 49; 2013, № 3, maddə 231, № 11, maddə 1309; 2014, № 11, maddə 1338) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 22-ci maddəsinin birinci hissəsində “və ona alternativ” sözləri “, ev dustaqlığı və ya girov” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il.

19 Oktyabr 2018, 08:10

http://www.azertag.az

10221—10230 / 10511

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsindəəməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişəəlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

7 Mart 2014, 09:03

Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...