Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranmışdır. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdır.
Qeyd olunan istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 9,2 milyon (doqquz milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2018-ci il.
16 Oktyabr 2018, 08:1012 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 58 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 62 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 60 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 61 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 57 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 59 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
Mərkəzi Seçki Komissiyasının 5 oktyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
9 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 40 saylı və 7 oktyabr 2015-ci il tarixli 54 saylı müraciətlərə baxılması ətraflı...
9 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 44 saylı müraciətə baxılması barədə ətraflı...
9 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 35 saylı müraciətə baxılması barədə ətraflı...