Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Lənkəranda infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Lənkəran Beynəlxalq Hava Limanı, “Lənkəran İstisu Sağlamlıq” Mərkəzi, Regional Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq, Əlillərin Reabilitasiya və Gənclər mərkəzləri, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası inşa edilmiş, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və mərkəzi stadion əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, Lənkəran şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq “Lənkəran-2” elektrik yarımstansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, xalçaçılıq müəssisəsi və digər iri istehsal və emal müəssisələri yaradılmış, 30 mindən çox yeni iş yeri açılmış, abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Lənkəran rayonunda 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon (üç milyon altı yüz altmış min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 oktyabr 2018-ci il.

16 Oktyabr 2018, 08:10

http://www.azertag.az

9741—9750 / 10511

10 İyul 2014, 09:07

Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1009-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 995-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 993-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1006-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1008-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...