Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Lənkəranda infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Lənkəran Beynəlxalq Hava Limanı, “Lənkəran İstisu Sağlamlıq” Mərkəzi, Regional Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq, Əlillərin Reabilitasiya və Gənclər mərkəzləri, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası inşa edilmiş, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və mərkəzi stadion əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, Lənkəran şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq “Lənkəran-2” elektrik yarımstansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, xalçaçılıq müəssisəsi və digər iri istehsal və emal müəssisələri yaradılmış, 30 mindən çox yeni iş yeri açılmış, abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Lənkəran rayonunda 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon (üç milyon altı yüz altmış min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 oktyabr 2018-ci il.

16 Oktyabr 2018, 08:10

http://www.azertag.az

7951—7960 / 10511

20 Oktyabr 2015, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

20 Oktyabr 2015, 09:10

Y.C.Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2015, 09:10

Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2015, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

E.Ə.Mahmudovun Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasında statistika sahəsində çalışan işçilərin təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 oktyabr 2015-ci il tarixli 101 saylı müraciətə baxılması barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

Mərkəzi Seçki Komissiyasının 10 oktyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 oktyabr 2015-ci il tarixli 99 saylı müraciətə baxılması barədə   ətraflı...