Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz – “ASAN xidmət”, “ASAN Kommunal” və “ABAD” mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilmişdir.
“ASAN Həyat” kompleksləri və “ABAD” mərkəzləri vasitəsilə, həmçinin məşğulluğun inkişafı istiqamətində tədbirlər həyata keçirilmiş, 19 milyondan çox vətəndaş müraciəti üzrə əldə edilən məmnunluq əmsalı daima yüksək səviyyədə olmuşdur.
Bu sahədə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.1-ci yarımbəndində göstərilmiş məbləğin 19,8 milyon (on doqquz milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2018-ci il.
11 Oktyabr 2018, 08:101 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
X.İ.Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Ç.A.Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 İyul 2017, 10:07
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ətraflı...
31 İyul 2017, 10:07
Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
31 İyul 2017, 09:07
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
31 İyul 2017, 09:07
Mərkəzi Seçki Komissiyasının 21 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2017, 09:07
Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...