“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 238 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 10.3.1.1-ci yarımbəndində “bəndində” sözü “və 7-1.0-cı bəndlərində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il.

5 Oktyabr 2018, 08:10

http://www.azertag.az

8831—8840 / 10511

21 Yanvar 2015, 09:01

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1137-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

21 Yanvar 2015, 09:01

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında   ətraflı...

21 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

19 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

19 Yanvar 2015, 09:01

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında   ətraflı...

15 Yanvar 2015, 09:01

Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

15 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında   ətraflı...

15 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrəəməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə   ətraflı...