“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641; 2017, № 6, maddə 1098, № 12 (I kitab), maddə 2273; 2018, № 4, maddə 663) ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2.1-ci yarımbənddən “birbaşa” sözü çıxarılsın.

2. 1.2.3-cü yarımbəndə “Sistem vasitəsilə elektron qaydada” sözlərindən sonra “və müvəkkil banklar vasitəsilə” sözləri əlavə edilsin.

3. 1.2.4-cü yarımbəndə “ərzində” sözündən sonra “, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində” sözləri əlavə edilsin.

4. 6.1.2.1-ci yarımbənddə “və bu Əsasnamənin 7.4-cü bəndində” sözləri “, habelə bu Əsasnamənin 7.4-cü və 7-1.0-cı bəndlərində” sözləri ilə əvəz edilsin.

5. 6.2.1-ci yarımbəndə “vətəndaşlarına” sözündən sonra “və ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 6.2.1-1-ci və 6.2.1-2-ci yarımbəndlər əlavə edilsin:

“6.2.1-1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına və ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısı;

6.2.1-2. ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının akkreditə olunmadığı və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin siyahısı;”.

7. Aşağıdakı məzmunda 6.2-1-ci bənd əlavə edilsin:

“6.2-1. Bu Əsasnamənin 7-1.0-cı bəndində nəzərdə tutulmuş hallarda aidiyyəti dövlət qurumları Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq məlumatların real vaxt rejimində Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edilməsini təmin edirlər.”.

8. 7.3-1-ci bəndə “ərzində” sözündən sonra “, həmin vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə belə müraciətə real vaxt rejimində” sözləri əlavə edilsin.

9. 7.4-cü bəndə “bağlı” sözündən sonra “birbaşa” sözü əlavə edilsin.

10. 7.7 ─ 7.9-cu bəndlər müvafiq olaraq 7.18-1 ─ 7.18-3-cü bəndlər hesab edilsin.

11. 7.13-cü bəndə “keçirildikdən” sözündən sonra “dərhal” sözü əlavə edilsin.

12. Aşağıdakı məzmunda 7.17-1 – 7.17-8-ci bəndlər əlavə edilsin:

“7.17-1. Bu Əsasnamənin 7-1.0-cı bəndində nəzərdə tutulmuş hallarda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs elektron viza almaq üçün Operatorun Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinə, habelə quraşdırılmış terminallar və daim internetə çıxışı olan kompüterlər vasitəsilə birbaşa müraciət edə bilər.

7.17-2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrində elektron viza almaq üçün müraciət etdikdə sərhədkeçmə sənədini və bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən digər məlumatları, bu Əsasnamənin 7-1.0.2 – 7-1.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar gəldikdə isə həmçinin həmin bəndlərdə nəzərdə tutulan halın mövcudluğunu təsdiq edən sənədi və ya həmin sənədin məlumatlarını Operatorun əməkdaşına təqdim edir. Bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən məlumatlar və sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti Operatorun əməkdaşı tərəfindən Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edilir və bu Əsasnamənin 7-1.0-cı bəndində qeyd edilən məlumatların dürüstlüyü Sistem vasitəsilə yoxlanılır.

7.17-3. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında quraşdırılmış terminallar və daim internetə çıxışı olan kompüterlər vasitəsilə elektron viza almaq üçün müraciət etdikdə sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətini və bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən digər məlumatları, bu Əsasnamənin 7-1.0.2 – 7-1.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar gəldikdə isə həmçinin həmin bəndlərdə nəzərdə tutulan halın mövcudluğunu təsdiq edən sənədi və ya həmin sənədin məlumatlarını birbaşa Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir. Bu Əsasnamənin 7-1.0-cı bəndində qeyd edilən məlumatların dürüstlüyü Sistem vasitəsilə yoxlanılır.

7.17-4. Bu Əsasnamənin 7.17-2-ci və 7.17-3-cü bəndlərində qeyd edilən məlumatlarda hər hansı çatışmazlıq aşkar edilmədikdə onlar təsdiqlənir, real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısı və Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etmiş şəxslərin siyahısı üzrə yoxlama aparılır.

7.17-5. Şəxsin Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etməsi aşkar edildikdə, ona elektron viza verilmir. Bu halda Sistem istifadəçisinin elektron ünvanına və istifadəçi ekranına, xidmət məntəqələrində elektron viza almaq üçün müraciət edildikdə isə habelə Operatorun əməkdaşının istifadəçi ekranına şəxsin Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə müraciət etməli olduğu barədə bildiriş göndərilir.

7.17-6. Şəxs barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısında aşkar edildikdə, habelə bu Əsasnamənin 7-1.0-cı bəndində göstərilən hallar Sistemdə aşkar edilmədikdə, elektron vizanın verilməsindən imtina olunur və bu barədə məlumat müraciət etmiş şəxsin elektron poçt ünvanına və istifadəçi ekranına, xidmət məntəqələrində elektron vizanın alınması üçün müraciət edildikdə isə şəxsin elektron poçt ünvanına və Operatorun əməkdaşının istifadəçi ekranına göndərilir.

7.17-7. İmtina üçün əsas olmadıqda, xidmət məntəqələrində elektron viza almaq üçün müraciət etmiş əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə ödəniş kartı və ya müvəkkil bank vasitəsilə ödəniş etmək təklif olunur. Ödəniş həyata keçirildikdən dərhal sonra şəxsə ödənişin həyata keçirildiyi barədə sənəd təqdim edilir. Həmin sənədin üzərində elektron viza məlumatları da əks olunur.

7.17-8. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında quraşdırılmış terminallar və daim internetə çıxışı olan kompüterlər vasitəsilə elektron viza almaq üçün müraciət etmiş əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə viza verilməsindən imtinaya əsas olmadıqda, Sistem vasitəsilə ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş ödənişlər Sistem vasitəsilə elektron qaydada həyata keçirilir. Ödəniş həyata keçirildikdən dərhal sonra şəxsə ödənişin həyata keçirildiyi barədə sənəd təqdim edilir. Həmin sənədin üzərində elektron viza məlumatları da əks olunur.”.

13. Aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilsin:

“7-1. Vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında verilməsi

7-1.0. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda vizanı Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ala bilərlər:

7-1.0.1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;

7-1.0.2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici işlər nazirinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə;

7-1.0.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;

7-1.0.4. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;

7-1.0.5. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;

7-1.0.6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında);

7-1.0.7. ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının akkreditə olunmadığı, Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il.

5 Oktyabr 2018, 08:10

http://www.azertag.az

3591—3600 / 10511

23 May 2018, 08:05

“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2018, 08:05

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1141-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1126-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1125-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...