“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1103-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616; 2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7, maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1213; 2015, № 9, maddə 977; 2016, № 1, maddə 44; 2017, № 3, maddələr 358, 381; 2018, № 6, maddə 1220) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın 16-cı hissəsinə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin və həmin hissədə “Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Silahın geri alınması Qaydaları”nın 13-cü hissəsində “Müstəsna hallarda fövqəladə” sözləri “Fövqəladə və ya hərbi” sözləri ilə, “Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq,” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2018-ci il.
5 Oktyabr 2018, 08:1012 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
“Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
11 Fevral 2015, 14:02
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında ətraflı...
11 Fevral 2015, 14:02
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
11 Fevral 2015, 14:02
B.H.Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...