Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan– Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon (on üç milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2018-ci il.
21 Avqust 2018, 07:083 Mart 2016, 09:03
Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
3 Mart 2016, 09:03
H.İ.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
3 Mart 2016, 09:03
İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası ətraflı...
3 Mart 2016, 09:03
İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə ətraflı...
2 Mart 2016, 09:03
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Mart 2016, 09:03
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında ətraflı...
2 Mart 2016, 09:03
U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
2 Mart 2016, 09:03
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
2 Mart 2016, 09:03
Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 Mart 2016, 09:03
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...