Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 2993 nömrəli Sərəncamına əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır. Göstərilən vəsait hesabına ölkəyə 150-dən artıq taxılyığan kombayn gətirilməsinə başlanılmışdır və bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının həmin texnikaya olan tələbatının ödənilməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahəyə dövlət qayğısının davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2013-cü il.

26 Dekabr 2013, 09:12

http://www.azertag.net

7071—7080 / 10511

18 Mart 2016, 09:03

Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında   ətraflı...

18 Mart 2016, 09:03

O.S.Sultanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

İ.M.Bağırova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

M.Y.Zabelinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında   ətraflı...

18 Mart 2016, 09:03

B.Ə.Səfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

18 Mart 2016, 09:03

Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...