“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdir. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:
1. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.
2. Dövlət Komissiyası:
2.1. hadisənin baş verməsi səbəblərini araşdırsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;
2.3. görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.
3. Azərbaycan Respublikasının Baş Prokurorluğu baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyul 2018-ci il.
4 İyul 2018, 08:072 İyun 2016, 09:06
Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında ətraflı...
2 İyun 2016, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
2 İyun 2016, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
2 İyun 2016, 09:06
“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
2 İyun 2016, 09:06
“Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
2 İyun 2016, 09:06
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanında və bəzi sərəncamlarında dəyişikliklər edilməsi barədə ətraflı...
2 İyun 2016, 09:06
“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə ətraflı...
2 İyun 2016, 09:06
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 aprel tarixli 212-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
2 İyun 2016, 09:06
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
2 İyun 2016, 09:06
“Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 254-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...