Elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Kənd təsərrüfatının innovativ əsaslar üzərində və müasir informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi aqrar sahədə dövlət siyasətinin mühüm vəzifələrindən biri kimi müəyyən edilmişdir. Aqrar sahəyə dövlət dəstəyinin səmərəli təşkili, bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

2 İyul 2018, 08:07

http://www.azertag.az

8581—8590 / 10511

6 Aprel 2015, 09:04

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1224-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

6 Aprel 2015, 09:04

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1225‑IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

6 Aprel 2015, 09:04

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

6 Aprel 2015, 09:04

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

6 Aprel 2015, 09:04

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1211-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...