Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur. 

Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının igid övladı Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2018-ci il.

25 İyun 2018, 08:06

http://www.azertag.az

9081—9090 / 10511

15 Dekabr 2014, 09:12

"Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 dekabr 2014-cü il tarixli 20 saylı müraciətə baxılması barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılmasına dair   ətraflı...

15 Dekabr 2014, 09:12

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılması barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

Mərkəzi Seçki Komissiyasının 11 dekabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

12 Dekabr 2014, 09:12

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...