“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 406; 2009, № 12, maddə 971; 2011, № 6, maddə 462; 2013, № 5, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2-ci maddə ləğv edilsin.
2. 6.3-cü maddənin birinci və ikinci cümlələrinə, 9.2-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.
3. 9.2-ci maddədə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə, “müəllif hüququ sahəsində dövlət siyasətinin” sözləri “əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il.
13 İyun 2018, 08:0624 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...