“Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Ona görə də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun normativ xarakterli aktlara dair yeni tələbləri (struktur elementləri, dərc və s.) və qüvvədə olan müvafiq hüquqi aktlarla tənzimlənən münasibətlərin daha da mükəmməl nizama salınması zərurəti əsas götürülərək, yeni “Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın qəbul edilməsi yolu ilə qüvvədə olan və eyni münasibətləri tənzimləyən akt qüvvədən düşmüş hesab edilməli, qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi dərc edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə müvafiq tədbirlər görülməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah” təsdiq edilsin (əlavə olunur).

2. Bu İzah qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-9 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun doldurulması qaydasına dair İzah” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın 1-ci bəndində göstərilmiş İzahın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr  Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

 

30 May 2014, 09:05

http://www.azertag.net

4361—4370 / 10511

19 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

19 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Dekabr 2017, 09:12

H.D.Məmmədzadənin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

19 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında   ətraflı...

19 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...