“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 72, № 12, maddə 1249; 2017, № 3, maddə 380, № 11, maddə 2001; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 43 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 10.14-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.15-ci bənd əlavə edilsin:
“10.15. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın katibi.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyun 2018-ci il.
7 İyun 2018, 08:064 Sentyabr 2014, 09:09
Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Sentyabr 2014, 09:09
Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
3 Sentyabr 2014, 09:09
N.M. Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2014, 09:09
H.Z. Həsənovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2014, 09:09
Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında ətraflı...
1 Sentyabr 2014, 12:09
"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə ətraflı...
1 Sentyabr 2014, 09:09
Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
1 Sentyabr 2014, 09:09
Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
1 Sentyabr 2014, 09:09
Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
1 Sentyabr 2014, 09:09
Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...