“Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”ının struktur elementlərinə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməli və ona aid 1, 2 və 3 saylı əlavələr yeni redaksiyada təsdiq edilməlidir.
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2006-cı il 7 iyun tarixli 28/107 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:
1.1. Preambuladan sonra aşağıdakı məzmunda 1-ci hissə əlavə edilsin:
“1. Ümumi müddəalar
1.1. Bələdiyyə üzvlüyünə namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.
1.2. Siyasi partiyalar və siyasi partiyaların blokları passiv seçki hüququna malik olan və Seçki Məcəlləsinin 212-ci maddəsinin tələblərinə cavab verən vətəndaşları onların razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə üzvlüyünə namizəd irəli sürə bilərlər.”
1.2. I hissəyə “2. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları” adlı başlıq əlavə edilsin, “I” rəqəmi “2.1” rəqəmi ilə əvəz edilsin, II, III, IV hissələr 3-cü, 4-cü və 5-ci hissələr hesab edilərək, Təlimatın strukturuna daxil olan hissə və bəndlər müvafiq olaraq nömrələnsin;
1.3. Yeni nömrələnmədən sonra 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Bələdiyyə üzvlüyünə namizədin öhdəlik ərizəsi (Təlimata 2 saylı əlavə) (ərizədə bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir)”;
1.4. 3.7-ci, 3.8-ci, 4.1-ci, 4.2-ci, 5.3-cü, 5.4-cü və 5.5-ci bəndlərin sonunda mötərizələrin içərisindəki “Qeyddə” sözündən əvvələ “Bu Təlimatın” sözləri və müvafiq olaraq 3.7-ci bənddə “4”, 3.8-ci bənddə “5”, 4.1-ci bənddə “5 və 5 “a”, 4.2-ci bənddə “6, 6 ”a”, 5.3-cü bənddə “7, 7 ”a”, 7 “b”, 7 “c”, 5.4-cü bənddə “5, 5 “a”, 5.5-ci bənddə “6, 6 ”a” rəqəm və hərfləri əlavə edilsin və 4.3-cü bənddən “()” işarəsi çıxarılsın;
1.5. 5.6-cı bənddə “şəxsin” sözündən sonra “soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü),” sözləri əlavə edilsin;
1.6. Bu Təlimatın 1, 2 və 3 saylı əlavələri yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 May 2014, 09:055 Mart 2018, 08:03
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2018, 08:03
Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2018, 08:03
Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2018, 08:03
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2018, 08:03
Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2018, 08:03
Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2018, 08:03
Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2018, 08:03
Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Mart 2018, 08:03
Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Mart 2018, 08:03
“Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...