Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268) aşağıdakı dəyişikliklər edilsin:
1. 26-cı maddəyə “islah işləri” sözlərindən sonra “, azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin.
2. 38.2-ci maddəyə “uyğun olaraq cəzanın” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin.
3. 51.4-cü maddədə “qəsdən” sözü “qərəzli” sözü ilə əvəz edilsin, həmin maddəyə “hissəsinin” sözündən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin.
4. 133-cü maddənin adında və mətnində “qazancından” sözü “aylıq pul təminatından” sözləri ilə əvəz edilsin.
5. 159.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“159.1. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum edilməsi haqqında məsələ nəzərdə tutulduğu halda, məhkumun müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə təqdimat və məhkəmə hökmünün surəti müvafiq icra hakimiyyəti orqanına, digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi hallarında isə bu barədə məhkəmə hökmünün surəti icra olunması üçün həmin orqana göndərilir.”.
6. 172-ci maddə üzrə:
6.1. adı aşağıdakı redaksiyada verilsin:
“Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması”;
6.2. 172.1-ci maddədə “və azyaşlı uşaqları” sözləri “və ya on dörd yaşına qədər uşağı” sözləri ilə və hər iki halda “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin;
6.3. 172.2-ci (hər iki halda) maddədə, 172.3-cü maddənin birinci cümləsində (hər iki halda), 172.4-cü maddənin birinci cümləsində (hər iki halda), 172.5-ci (hər iki halda), 172.6-cı (hər iki halda), 172.7-ci (hər iki halda) və 172.8-ci (hər iki halda) maddələrdə “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.
7. 173-cü maddə üzrə:
7.1. adı aşağıdakı redaksiyada verilsin:
“Hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri”;
7.2. 173.1-ci (hər iki halda), 173.2-ci (hər iki halda) maddələrdə və 173.4-cü maddənin birinci cümləsində “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.
8. 176.4-cü maddədə “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.
9. 178.5-ci və 182.2-ci maddələrə “boyun qaçırdıqda” sözlərindən sonra “, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il.
24 May 2018, 08:0527 Fevral 2019, 08:02
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 Fevral 2019, 08:02
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Fevral 2019, 08:02
F.R.Şəfiyevin Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Fevral 2019, 08:02
F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Fevral 2019, 08:02
“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 fevral tarixli 515 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Fevral 2019, 08:02
Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
19 Fevral 2019, 08:02
Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Fevral 2019, 08:02
E.M.Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Fevral 2019, 08:02
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Fevral 2019, 08:02
Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...