Azərbaycan Respublikasında 2014-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq hər ilin əvvəlindən başlayaraq məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edildikdən sonra daimi seçici siyahıları (onların dürüstlüyünün təmin edilməsi məqsədilə) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməli, bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar may ayının 30-dan gec olmayaraq müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.

Cari ilin seçici siyahılarının tərtib edilməsi işi yuxarıda göstərilən qaydada aparılaraq yekunlaşmış və onların aşağı seçki komissiyaları tərəfindən təsdiq edilməsi və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşməsi mərhələsi başlanmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.

2. Tərtib edilmiş seçici siyahıları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

3. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.

4. Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

5. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr  Məzahir Pənahov

Katib  Arifə Muxtarova

Katib  Mikayıl Rəhimov

 

30 May 2014, 09:05

http://www.azertag.net

9641—9650 / 10511

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 may tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli156 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

4 Avqust 2014, 09:08

Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında   ətraflı...

1 Avqust 2014, 11:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Avqust 2014, 10:08

"Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...