Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 961-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094; 2016, № 1, maddələr 24, 27, № 4, maddə 639; 2017, № 1, maddə 24, № 7, maddə 1301, № 12, I kitab, maddə 2271) 47-ci maddəsinin 3-cü hissəsində “idman meydançalarının” sözlərindən sonra “və qəbiristanlıqların” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il.

23 May 2018, 08:05

http://www.azertag.az

6551—6560 / 10511

10 Avqust 2016, 09:08

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

10 Avqust 2016, 09:08

F.A.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

10 Avqust 2016, 09:08

B.H.Rzayevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

8 Avqust 2016, 09:08

Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında   ətraflı...

8 Avqust 2016, 09:08

F.X.Kazımovun “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

5 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası haqqında   ətraflı...

5 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair   ətraflı...

5 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə   ətraflı...

5 Avqust 2016, 09:08

Mərkəzi Seçki Komissiyasının 26 iyul və 27 iyul 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

5 Avqust 2016, 09:08

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında   ətraflı...