“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193) 21.2.5-ci maddəsində “işsizlik müavinətinin” sözləri “işsizlikdən sığorta ödənişinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

18 May 2018, 08:05

http://www.azertag.az

9401—9410 / 10511

28 Oktyabr 2014, 09:10

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

27 Oktyabr 2014, 09:10

E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

27 Oktyabr 2014, 09:10

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova   ətraflı...

27 Oktyabr 2014, 09:10

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə   ətraflı...

23 Oktyabr 2014, 09:10

Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə   ətraflı...

22 Oktyabr 2014, 09:10

23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə   ətraflı...