Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində ölkədə yüksək inkişafa nail olunmuş, aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Hazırda respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr uğurla icra olunur.

Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30,0 (otuz) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2018-ci il.

17 May 2018, 08:05

http://www.azertag.az

9031—9040 / 10511

17 Dekabr 2014, 10:12

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

17 Dekabr 2014, 10:12

Ş.A. Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Dekabr 2014, 10:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

17 Dekabr 2014, 10:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

17 Dekabr 2014, 10:12

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

17 Dekabr 2014, 10:12

Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

17 Dekabr 2014, 10:12

Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

17 Dekabr 2014, 10:12

F.İ. İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

17 Dekabr 2014, 10:12

İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Simonetta Sommaruqaya   ətraflı...

17 Dekabr 2014, 10:12

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1085-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...