“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 169 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 482) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2018-ci il.
16 May 2018, 08:0524 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...